Pasportlar niyə əsasən dörd rəngdə olur? - SƏBƏB (FOTO)
Hər bir ölkənin bu sənədin üz qabığı rənginə dair seçiminin özünəməxsus səbəbi var.
BAKU.WS interaz-a istinadən xəbər verir ki, qırmızı rəng ən geniş yayılmış pasport rəngidir. Bu rəngli pasportları kommunist keçmişə malik və ya hazırda da belə həyat sürən ölkələr seçirlər. Sloveniya, Çin, Serbiya, Rusiya, Latviya, Rumıniya, Polşa, Gürcüstan qırmızı üzlü sənədə malikdir. Xorvatiyadan başqa Avropa İttifaqı üzvləri də tünd qırmızı və qırmızı rəngin digər çalarlarından istifadə edirlər. Aİ-yə daxil olmaqda maraqlı olan ölkələr, misal üçün, Türkiyə, Makedoniya və Albaniya bir neçə il bundan əvvəl pasportun üz qabığı rəngini qırmızıya dəyişiblər. And Millətlər Birliyi- Boliviya, Kolumbiya, Ekvador və Peru da tünd qırmızı pasportlara sahibdirlər.
Göy rəng ən geniş yayılmış ikinci pasport rəngidir. Göy üz qabığı "yeni dünya"nı simvolizə edir. 15 Karib hövzəsi ölkəsində pasportların üz qabığı göy rəngdədir. ABŞ vətəndaşlarına pasport 1976-cı ildən göy rəngdə təqdim edilir.
Əksər müsəlman ölkələrinin pasportu yaşıl olur (Mərakeş, Səudiyyə Ərəbistanı, Pakistan və s.). Qərbi Afrika, misal üçün Burkina Faso, Nigeriya, Niger, Kot d'ivuar və Seneqal vətəndaşlarının da pasportları yaşıl rəng çalarlarına malikdir.
Qara pasportlar ən nadir təsadüf ediləndir. Bəzi Afrika ölkələri- Botsvana, Zambiya, Burundi, Qabon, Anqola, Çad, Konqo, Malavi və s. qara rəngli üz qabığına malik pasportlara sahibdirlər. Qara rəng milli rəngləri olduğundan Yeni Zellandiya vətəndaşları da eyni rəngli pasporta malikdirlər.
Aşağıdakı xəritədə ölkələrin ərazisi istifadə etdikləri pasport üz qabığı rənglərinə boyanıb.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda qeyri-adi ixtira – Fındıq qabığı ilə işləyən "kombi" sistemi (VİDEO)
ARB Şimal xəbər verir ki, Xaçmazın Əhmədoba kənd sakini Fəxrəddin Bahadurov evini qızdırmaq üçün kustar üsulla istilik sistemi hazırlayıb. Onun ərsəyə gətirdiyi...