Azərbaycanda qeyri-adi ixtira – Fındıq qabığı ilə işləyən "kombi" sistemi (VİDEO)
01
mar
2017
16:33
ARB Şimal xəbər verir ki, Xaçmazın Əhmədoba kənd sakini Fəxrəddin Bahadurov evini qızdırmaq üçün kustar üsulla istilik sistemi hazırlayıb. Onun ərsəyə gətirdiyi qurğu qeyri-adiliyi ilə diqqət çəkir. Belə ki, bu sistem alternativ enerji sayılan fındıq qabığı ilə çalışır.
Hazırladığı qurğu ilə gün ərzində 2 kisə fındıq qabığı yandırmaqla bütün evi qızdırmaq mümkündür. Ümumilikdə istilik sisteminin ərsəyə gəlməsi üçün 1500 manat xərcləməli olub.
Bu qurğudan eyni zamanda kənd təsərrüfatında istixanaların qızdırılmasında da istifadə etmək mümkündür.
BAKU.WS
Oxşar xəbərlər
Kombilərin qazı az sərf etməsi üçün nə etməliyik? (VİDEO)
Payız aylarında mənzillərin kombi ilə isidən zaman eyni zamanda pulunuza qənaət edə bilərsiz. "Bunu necə etmək mümkündür?” – deyə soruşursunuzsa, deyək. BAKU...