Pandemiyadan sərvət qazanan şirkətlər
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirus pandemiyası dünya iqtisadiyyatını çökdürdü. Bir çox sahələr külli miqdarda maddi zərərlə qarşılaşdı. Bəzi sahələr isə ümumiyyətlə fəaliyyətini dondurdu. Buna baxmayaraq pandemiyanın sərvət qazandırdığı sahələr də oldu.
BAKU.WS xəbər verir ki, pandemiyada milyard dollar gəlir qazananlar nəhəng dərman şirkətləri oldu. Belə ki, ABŞ, Yaponiya kimi dövlətlərin dərman şirkətləri pandemiyada daha da çox qazanaraq gəlirlərini milyard dollara yüksəltdilər.
Təkcə ötən il dünyanın ən böyük 50 dərman şirkəti 851 milyard dollar qazanc əldə edib. Hazırda dünyanın aparıcı dərman şirkətləri isə “Johnson & Johnson”, “Roche”, “Pfizer”, “Eli Lilly” və “Novartis”dir.
“Johnson & Johnson” şirkətinin dərman satışı dövriyyəsi 428,7 milyard dollardır. ABŞ-da istifadəsinə icazə verilən vaksini istehsal etdi və bununla “Ən yaxşı şirkətlər” siyahısına daxil oldu.
İsveçrənin dərman şirkəti “Roche” daha çox onkoloji, oftolmoloji və yoluxucu xəstəliklərin qarşını alan dərmanlar istehsal edir. 2019-cu ildə gəlirini 16% artaraq, 53 milyard dollara yüksəldib.
Şimali Amerikanın vaksin istehsal edən qabaqcıldərman şirkəti “Pfizer”in gəlirləri isə bir az azalıb. Belə ki, 2020-ci ildə şirkət 19 milyard dollar qazanc əldə edib.
Dünya dərman sektorunda özünəmxəsus yeri olan “Eli Lilly” şirkəti 2019-cu ildə 125 milyard dolarlıq dövriyyəsini yüksəldərək 214 milyard dollar çatdırıb.
İsveçrənin ikinici ən böyük dərman şirkəti “Novartis” isə 2020-ci ildə dərman satışdan 48 milyard dollar qazanıb.
Oxşar xəbərlər
Ucuz avtomobillər satışa çıxarılır - "Land Cruiser" 15500, "Maxima" 4000 AZN - QİYMƏTLƏR
18 may 2021-ci il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. BAKU.WS xəbər verir ki, hərraca 61 nəqliyyat vasitəsi çıxarılıb. Qey...