Pandemiya dövründə işdən çıxan həkimlərlə bağlı YENİ TƏKLİF
Yeniliklərdən dərhal xəbərdar olun
“Əlilliyin təyin edilməsi məsələsi ilə bağlı Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, müvafiq qurumlar birgə treninq təşkil etsə, bu sahədə problemlər aradan qalxar”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin iclasında komitə sədrinin müavini Məlahət İbrahimqızı bildirib.
M.İbrahimqızı deyib ki, pandemiya dövründə tibb işçiləri qəhrəmanlıq göstəriblər, ön cəbhədədirlər:
“Dünyasını dəyişən tibb işçiləri də var. Ancaq bir neçə baş həkim dedi ki, pandemiya başlayanda bəzi tibb işçiləri ərizə verərək işdən çıxıblar. Arqumentləri də bu olub ki, virusu evə aparmaq istəmirlər. İndi isə həmin tibb işçiləri geri qayıtmaq istəyirlər, çünki pandemiya səngiyib.
Ön cəbhədən qaçanların yenidən işə bərpa olunması nə dərəcədə düzgündür? Baş həkimlər xahiş edirlər ki, Əmək Məcəlləsinə dəyişiklik edilsin, o həkimlər heç özəl xəstəxanalarda da işə götürülməsin”.
Oxşar xəbərlər
Qadağa yoxdur: özəl klinikalar koronavirus xəstələrini müalicə edəcəkmi?
Azərbaycanda koronavirusa yoluxan xəstələrin sayı durmadan artır. İndi ölkədə 19 mindən çox insan bu virusa yoluxub, onlardan 241 nəfər dünyasını dəyişib. Hazır...