Özünü erməni sayan müğənninin Bakıda konserti keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyalı pop müğənnisi, teleaparıcı və aktyor Aleksey Çumakovun Bakıda konserti keçiriləcək.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, ifaçı müsahibələrinin birində özünü daha çox erməni saydığını etiraf edib. Belə ki, onun atası bolqar olsa da, anası ermənidir.
Müğənni ana tərəfdən nənə və babasının Qarabağ ermənisi olduğunu xatırladıb, Səmərqənddə doğulmasına baxmayaraq öz tarixi köklərinə bağlı olduğunu qeyd edib.
Aleksey Çumakovun Bakı konserti aprelin 20-nə planlaşdırılıb.
Qeyd edək ki, Çumakovun 2020-ci ildə də Bakıda konserti keçirilmişdi.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...