Övladı məktəbdə oxuyan valideynlərin NƏZƏRİNƏ - Uşaqların həyatını zəhər edən nədir?

Övladı məktəbdə oxuyan valideynlərin NƏZƏRİNƏ - Uşaqların həyatını zəhər edən nədir?
Foto Açıqlama
Sosial 187

Məktəblərdə bulinq (təzyiq, lağetmə, zorakılıq, qısnama) çox ciddi və diqqət tələb edən mövzudur.

Bu problem demək olar ki, bütün ölkələrin təhsil müəssisələrində mövcuddur. Dərslərdə zəif nəticələr göstərənlərə qarşı yaxşı oxuyanların təzyiqi, imkansız ailədən olan uşaqlara qarşı varlı övladlarının lağetməsi və digər hallar az deyil. Problem Azərbaycanın təhsil müəssisələrində də mövcuddur.

BAKU.WS xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev də çıxışlarının birində fikirlərini bildirmişdi. Nazir

Nazir "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı qeyd etmişdi ki, şagirdlər arasında bulinq, qısnama və az sayda olsa da, intihar halları olur.

"4000-dən çox məktəbdə 1 milyondan çox təhsilalan, çox sayda təhsilverən və valideynin olmasını nəzərə alsaq nəzəri baxımdan fövqəladə və bədbəxt hadisələr baş verə bilər. Bir çox hallarda formalaşmış məktəb mədəniyyəti var. Ona görə də məsələni məktəbdaxili həll etmək düzgün olar".

E.Əmrullayev bildirib ki, neqativ hadisələri ört-basdır etməkdənsə, həll yolu istiqamətində düzgün müzakirə aparılmalıdır: "Kimisə günahlandırmaqla məsələni həll etmək mümkün deyil, bu, hadisələrin yenidən təkrarlanmasına səbəb ola bilər".

O söyləyib ki, ailədaxili münaqişə və mühit məktəb daxilində öz təsirini göstərmiş olur: "Məsuliyyətin bölüşdürülməsi və birgə işin tərəfdarıyam. Məktəblərdə video müşahidələr də aparılır və görüntülər 30-40 gün saxlanılır. Bu, bəzi problemli məsələlərin həllində əhəmiyyətli rol oynayır. Bəzən heç də daxil olan məlumatlar dürüst olmur".

Bəs ekspertlər nə düşünür?

Psixopedoqoq Aysel Məmmədova BAKU.WS-ə açıqlamasında bildirib ki, məktəb uşaqlar üçün yalnız bilik əldə etdikləri yer deyil eyni zamanda şəxsiyyətin, sosial bacarıqlarln formalaşdığı yerdir.

Övladı məktəbdə oxuyan valideynlərin NƏZƏRİNƏ - Uşaqların həyatını zəhər edən nədir?

"Bu mühitdə bəzi uşaqlar pisxoloji və fiziki şiddətə məruz qalır. Bulinqin və ya bir neçə şagirdin digər şagirdlərə qarşı qəscən davamlı zərər verməsidi. Bulinqin təsiri qısa müddətli deyil bəzən uzun illər davam edən psixoloji izlər buraxır", - deyə mütəxəssis bildirib.

Qeyd edək ki, bu durumda uşaqlarda özünəinam azalır, qorxu stres narahatlıq yaranır, təkliyə çəkilmə və yaxud aqressif davranma halları müşahidə olunur.

Ekspert deyir ki, məktıbdə bulinqə qarşı mübarizə əsas rol oynamalıdır:

"Uşaqlar arasında fərq qoyulmamalıdır. Bulinq sevgi və anlayış olan yerdə yaşaya bilməz. Hər bir uşağın qorxmadan danışmağanhörmətlə qarşılanmağa təhlükəsiz böyüməyə layiqdir. Bu məsuliyət tək məktəbin yox hamımızındır".

Respublika Pediatriya Mərkəzinin Uşaq Bərpa Mərkəzinin psixoloqu Nigar Əhmədova BAKU.WS-ə açıqlamasında bu halları müxtəlif səbəblərlə izah edir:

Övladı məktəbdə oxuyan valideynlərin NƏZƏRİNƏ - Uşaqların həyatını zəhər edən nədir?

"Burada həm ailədaxili problemlər, həm də cəmiyyətin gərginliyi rol oynayır. Sosial mediada aqressiyanın "adi" kimi göstərilməsi də uşaqlara təsir edir. Nəticədə uşaqlar zorakılığı güc göstəricisi kimi qəbul edir və bunu təkrar edirlər".

Nigar Əhmədova onu da əlavə edib ki, psixoloji problemi olan uşaqlara vaxtında kömək göstərilməməsi gələcəkdə bir sıra problemlər yarada bilər:

"Bu uşaqlar kənara atılmamalı, əksinə, xüsusi proqramlarla cəmiyyətə uyğunlaşdırılmalıdır. Onların aqressiv və ya gələcəkdə cinayətkar olacağı barədə yayılan fikirlər isə elmi əsası olmayan stereotiplərdir. Əslində onları riskli edən şey diqqət və sevgi çatışmazlığıdır".

Uşaq nevroloqu, həkim Vüsalə Nuriyeva BAKU.WS-ə açıqlamasında bildirib ki, belə hallar uşağın davranışına "yaşından kiçikmiş kimi davranır" təsiri verir.

Övladı məktəbdə oxuyan valideynlərin NƏZƏRİNƏ - Uşaqların həyatını zəhər edən nədir?

"Uşağın davranışında dəyişiklik, əsəbilik, dərsə marağın azalması və ya dostlarla ünsiyyət problemləri müşahidə olunursa, valideynlər diqqətli olmalıdır. Bu zaman uşaq nevroloqu psixoloq, psixiatr və məktəb məsləhətçiləri iləməkdaşlıq vacibdir. Problemin erkən mərhələdə diaqnozu daha effektiv nəticə verir".

Ziya SƏCCAD

Son xəbərlər