24 yaşlı Məryəmin öldüyü hadisənin - Təfərrüatı

24 yaşlı Məryəmin öldüyü hadisənin - Təfərrüatı
Foto
Sosial 118

"Narmiw.Niko" bloqunun sahibi Nərmin Əliyevanın bacısı Məryəm avtoqəzada həlak olub.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, faciəvi hadisə iyunun 12-si saat 21 radələrində paytaxtın Nizami rayonu ərazisində - Babək prospektində baş verib.

24 yaşlı Məryəmin öldüyü hadisənin - Təfərrüatı

Belə ki, həmin vaxt İman Həsənovun idarə etdiyi "İveco" markalı marşrut avtobusu ilə paytaxt sakini 2002-ci il təvəllüdlü Rövşən Muradovun sürdüyü "Chery" markalı avtomobil toqquşub.

Nəticədə, R.Muradov, sərnişini 2002-ci il təvəllüdlü Məryəm Elxan qızı Məmmədova və avtobusun 3 sərnişini xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardıma baxmayaraq, Məryəm Məmmədova iyunun 15-nə keçən gecə xəstəxanada vəfat edib.

24 yaşlı Məryəmin öldüyü hadisənin - Təfərrüatı

Qeyd edək ki, Məryəmin atası Elxan Məmmədov uzun müddət Gəncə Şəhər İcra Hakimiyyətində məsul vəzifələrdə işləyib. Babası Müsəddin Məmmədov 40 ilə yaxın Gəncə şəhəri İ.Qayıbov adına 1 saylı orta məktəbin direktoru olub.

Məryəm bu gün Gəncədə dəfn edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər