Müğənni əməliyyatdan bir ay sonra süni komadan ayıldı
Səhnə adı "Bonni Tayler" olan britaniyalı müğənni Qeynor Hopkins süni komadan çıxaraq özünə gəlib.
BAKU.WS "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə sənətçinin meneceri Böyük Britaniyanın məşhur "The Sun" qəzetinə açıqlamasında deyib.
"Bonni artıq komada deyil, lakin hələ də vəziyyəti ağırdır. Səhhətində müsbətə doğru irəliləyiş var, lakin sağalma prosesi çox ləng gedir", - deyə menceri bildirib.
Məlumata görə, 74 yaşlı ulduz hələ də reanimasiya şöbəsində həkim nəzarəti altındadır.
Bundan əvvəl həkimlər onu komadan çıxarmağa cəhd etsələr də, həmin vaxt sənətçinin ürəyi dayanıb.
Qeyd edək ki, Bonni Tayler mayın əvvəlində keçirdiyi təcili əməliyyatdan sonra bağırsaqlarında yaranan ciddi problemlərə görə süni komaya salınmışdı.
Portuqaliyanın Faru şəhərindəki xəstəxanalardan birinə çatdırılan ulduz ifaçıya bağırsaq perforasiyası (deşilməsi) və kor bağırsağın (apendisit) partlaması diaqnozu qoyulmuşdu.
Oxşar xəbərlər
Tramp: İranda artıq məntiqli rəhbərlik var
ABŞ Prezidenti Donald Tramp İranda hazırda rasional rəhbərliyin formalaşdığını bəyan edib. BAKU.WS xəbər verir ki, o, bu barədə Ağ Evdə çıxışı zamanı danışıb. "...