Azercell-in dəstəyi ilə "RobotChallenge Azerbaijan 2026" uğurla başa çatdı
Yarışın nəticələrinə əsasən ümumilikdə 36 komandamükafatçılar sırasına daxil olub
Azercell-in dəstəyi, Azərbaycan Respublikasının Gənclər vəİdman Nazirliyinin tərəfdaşlığı ilə keçirilən "RobotChallengeAzerbaijan 2026" uğurla yekunlaşıb. Dünyanın ən nüfuzlurobototexnika yarışlarından biri olan "RobotChallenge"in ilk yerlimərhələsi gənclər arasında STEAM təhsilinin təşviqinə və ölkədəinnovasiya ekosisteminin inkişafına töhfə verən mühümplatformaya çevrilib.
Yarışda Azərbaycanın müxtəlif bölgələrindən və xarici ölkələrdən600-dən çox iştirakçı, 200-dən artıq komanda mübarizəaparıb. Yarışın açılış mərasimində Azərbaycan Respublikasıgənclər və idman nazirinin müavini İndira Hacıyeva, "Azercell Telekom" MMC-nin Korporativ Ünsiyyət departamentinindirektoru Sona Abbasova, həmçinin sənaye liderləri, texnologiyaekspertləri və digər rəsmi qonaqlar iştirak edib.
Sona Abbasova gənclərin innovasiya və mühəndislik sahələrindəkipotensialının reallaşdırılmasının əhəmiyyətini vurğulayıb. S. Abbasova bildirib ki, Azercell ölkədə rəqəmsal bacarıqlarıninkişafına və gələcəyin texnologiya liderlərinin formalaşmasınayönəlmiş təşəbbüslərə dəstəyini davam etdirəcək.
Qeyd edək ki, yarış iştirakçıları müxtəlif kateqoriyalar üzrə öztexniki bilik və bacarıqlarını nümayiş etdirərək innovativ həllərtəqdim ediblər. Dinamik qarşılaşmalar və texnoloji layihələrtədbirə gələn çoxsaylı ziyarətçilərin böyük marağına səbəb olub.
Yarışın yekun nəticələrinə əsasən, 7 əsas və 5 alt kateqoriya üzrəqaliblər müəyyən olunub. Ümumilikdə 36 komanda mükafatçılarsırasına daxil olub. Onlardan 12 komanda birinci, 12 komandaikinci, 12 komanda isə üçüncü yerə layiq görülüb. Komandalarıntəqdim etdiyi innovativ həllər, texniki yanaşmalar və yüksəkperformans münsiflər heyəti tərəfindən xüsusi qiymətləndirilib. Xatırladaq ki, yerli mərhələnin qalibləri Azərbaycanı Çindəkeçiriləcək beynəlxalq finalda təmsil etmək hüququ qazanıblar.
Qalereya
Oxşar xəbərlər
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Bu yay Mardi Mekan Estate-də Mərdəkanın ilk sahil xəttində PASHA Real Estate-ə məxsus premium qapalı yaşayış kompleksində ev sahibi olmaq fürsəti yaradılır İndi...