Səhnədə nəhəng yumurtadan çıxan Aleyna Tilki bunun üçün 13 milyon ödədi
Məşhur müğənni Aleyna Tilkinin ötəngünkü konserti müzakirələrə səbəb olub.
BAKU.WS xəbər verir ki, o karyerasının 10-cu ildönümünü İstanbuldakı "Volkswagen Arena"da baş tutan möhtəşəm konsertlə qeyd edib.
"Yenidən doğuş" konsepsiyası ilə hazırlanan səhnə şousunda Tilki izləyicilərin qarşısına nəhəng bir yumurtanın içindən çıxaraq heyranedici anlar yaşadıb.
Aylarla davam edən hazırlıq prosesindən sonra reallaşan konsert üçün əraziyə 5 TIR avadanlıq gətirildiyi bildirilir.
Meşə konseptli səhnə tərtibatı və xüsusi effektləri ilə diqqət çəkən bu vizual şounun ümumi maliyyə xərcinin təxminən 13 milyon lirə olduğu bildirilib.
Konsert zamanı təbiətlə qurduğu xüsusi bağa diqqət çəkən Aleyna Tilki "Təbiətdən aldığım ilhamla, çəmənliklərin dövranında yenidən doğuldum", - deyərək pərəstişkarlarına emosional anlar yaşadıb.
Oxşar xəbərlər
Castin Biberin keçmiş sevgilisi 34 yaşında vəfat etdi
Castin Biberin keçmiş sevgilisi Sahara Rae 34 yaşında vəfat edib. BAKU.WS xəbər verir ki, o övladı dünyaya gəldikdən 9 ay sonra dünyasını dəyişib. "O, dünən g...