Ötən il 67 ölkənin vətəndaşı Azərbaycandan çıxarılıb
Azərbaycandan 2025-ci il ərzində inzibati qaydada 67 ölkənin vətəndaşının kənara çıxarılması ilə bağlı qərar qəbul edilib.
BAKU.WS xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən bildirilib.
Bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində Azərbaycan hüdudlarından kənara inzibati qaydada çıxarılma qərarlarının qəbul edilməsinin səbəbi əsasən ölkə ərazisində olma və yaşama qaydalarının pozulması olub.
Məlumatda o da qeyd olunub ki, qərar qəbul edilərkən əcnəbilərin Azərbaycan ilə hüquqi bağlılığı, törədilmiş xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
Oxşar xəbərlər
Lənkəranda əmək yarmarkasında 250-dən çox vakansiya təqdim olunub
Lənkəranda növbəti əmək yarmarkasında 250-dən çox vakansiya təqdim olunub. BAKU.WS apa-ya istinadən xəbər verir ki, Lənkəran Dövlət Universiteti ilə Dövlət Məşğ...