Ötən gün 164 nəfər COVID-19 pasportu olmadığına görə toy şənliklərinə buraxılmayıb

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri oktyabrın 25-də Bakıda və respublikanın digər ərazilərində 71 toy şənliyinin monitorinqini aparıblar.
DİN-in mətbuat xidmətindən BAKU.WS-ə bildiriblər ki, monitorinqlər 60 şadlıq sarayında, 11 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 14 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib, 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. COVID-19 pasportu olmadığına görə 164 nəfər toy şənliklərinə buraxılmayıb.
Oxşar xəbərlər
Azərbaycanda bir nəfər toya görə həbs olundu
Avqustun 5-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəh...
