Orucu arıqlamaq niyyəti ilə tutmaq olarmı?

Oruc yalnız dini ibadət deyil, eyni zamanda bədənin sağlamlığı və daxili balansı üçün də əvəzolunmaz bir vasitədir.
BAKU.WS-in məlumatına görə, müxtəlif araşdırmalar sübut edir ki, düzgün tətbiq olunan oruc maddələr mübadiləsini sürətləndirir, immun sistemini gücləndirir və bir çox xəstəliklərin qarşısını almağa kömək edir.
Arıqlamaq məqsədilə oruc tutmaq artıq çəkidən azad olmağın təbii yollarından biri hesab edilir. Bəs orucu arıqlamaq və ya hər hansı xəstəliyi müalicə etmək məqsədi ilə tutmağa necə yanaşılır?
İlahiyyatçı Fərid Abdullah BAKU.WS-ə açıqlamasında bildirdi ki, İslamda orucun əsas məqsədi Allaha yaxınlaşmaq və nəfsi tərbiyə etməkdir:
"Əgər bir insan yalnız arıqlamaq və ya tibbi faydalar üçün oruc tutursa, bu, ibadət niyyəti olmadığından dini baxımdan oruc sayılmır. Lakin, əgər bir insan həm dini niyyətlə, həm də sağlamlığı üçün faydasını düşünərək oruc tutursa, bu məqbul hesab olunur.
Yəni, əsas məqsəd Allaha itaət və ibadət olmalı, sağlamlıq isə ikinci dərəcəli qazanc kimi görülməlidir. Peyğəmbər (s) buyurmuşdur: "Oruc tutun ki, sağlam olasınız". Qısacası, orucu yalnız arıqlamaq və müalicə məqsədilə tutmaq dini baxımdan ibadət sayılmır. Amma bu məqsədlər orucun əsas niyyəti olan Allaha yaxınlaşma ilə birləşdirilərsə, həm mənəvi, həm də fiziki faydalar gətirə bilər".
Orxan Hüseyn
Oxşar xəbərlər
Bölgələrdə istismar müddəti bitən binalar söküləcəkmi?
Mərkəzi kanalizasiya sistemi yoxdur. Fasad örtüyü korlanıb, damı isə yağış sularını saxlamır. Bir sözlə yaşayış üçün yararsızdır. BAKU.WS xəbər verir ki, söhbət...
