Orta aylıq əməkhaqqı 9 %-dən çox artıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 9,4 % artaraq 1 086 manat təşkil edib.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Bu il noyabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 782,4 min nəfər olub, onlardan 865,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 916,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 18,8 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,1 %-i təhsil, 14 %-i sənaye, 8,6 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 %-i tikinti, 6,3 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 %-i nəqliyyat və anbar təsərrüfatı, 4 %-i peşə, elmi və texniki fəaliyyət, 2,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 %-i maliyyə və sığorta fəaliyyəti, 14,3 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
Oxşar xəbərlər
İstirahət mərkəzlərinə yollayışlar zamanı bu şəxslərə güzəştlər nəzərdə tutulub - RƏSMİ
Son zamanlar sağlamlıq və istirahət mərkəzlərinə yollayışların qiyməti və əlçatanlığı cəmiyyətdə geniş müzakirə olunur. BAKU.WS-in məlumtına görə, bir çox vətə...