Oqtay Şirəliyev yeni vəzifəyə təyin olundu

Oqtay Şirəliyev yeni vəzifəyə təyin olundu
Sosial 11742

Azərbaycanın sabiq Səhiyyə naziri Oqtay Şirəliyev yeni vəzifəyə təyin olunub.

BAKU.WS Qaynarinfo-ya istinadən xəbər verir ki, sabiq nazir hazırda Respublika Diaqnostika Mərkəzində professor, tibb elmləri doktoru kimi öz fəaliyyətini davam etdirir.

O, Respublika Diaqnostika Mərkəzinin baş direktoru vəzifəsinə təyin olunub. Direktor vəzifəsini isə Rəşid Vəzirov icra edir.

Xatırladaq ki, Oqtay Kazım oğlu Şirəliyev Prezident İlham Əliyevin sərəncamı ilə 23 aprel 2021-ci ildə Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib.

Oxşar xəbərlər

İcbari tibbi sığorta ilə bağlı əhaliyə VACİB XƏBƏR  - SİYAHI AÇIQLANDI

İcbari tibbi sığorta ilə bağlı əhaliyə VACİB XƏBƏR - SİYAHI AÇIQLANDI

Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdar...

20709 Sosial 12:35 21 yanvar 2020

Son xəbərlər