Oqtay Əsədovdan dollarla olan kreditlərlə bağlı AÇIQLAMA
16
mar
2018
18:57
“Azərbaycanda dollarla olan kreditlər üzrə yaranan problemlərin həlli məsələsinə baxılır”.BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin plenar iclasında hökumətin hesabatı zamanı deyib.Bəzi deputatlar bölgələrdə əhalinin dollarla olan kreditlər üzrə yaranmış vəziyyətlə bağlı narahatlığını çatdırıb. O. Əsədov bildirib ki, məsələyə baxılır, amma bəzən bu məsələ süni olaraq qızışdırılır: “Bunu elə deyirsiniz ki, məsələni daha da qızışdırırsınız. Yəni deməyək ki, “dollarla verilən kreditlər”, açıq deyin ki, dollarla alınan kreditlər. Çünki krediti dollarla almışıq, bizə məcbur verilməyib”.BAKU.WS
Oxşar xəbərlər
Oqtay Əsədov deputatlara irad tutdu: “Belə olmaz axı...”
Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deputatlara irad tutub.BAKU.WS “Report”a istinadla xəbər verir ki, O.Əsədov depu...