Oqtay Gülalıyevin səhhəti yaxşılaşmaqdadır - “Whatsapp”la danışıb
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər vermişdik ki, Türkiyənin İstanbul şəhərindəki Amerikan Xəstəxanasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev gözlərini açıb. Hazırda hüquq müdafiəçisinin səhhətində irəliləyiş davam edir.
BAKU.WS unikal.org-a istinadən xəbər verir ki, O.Gülalıyev yaxınları ilə “Whatsapp” vasitəsilə əlaqə qurmağa başlayıb.
Məlumata görə, o, “Whatsapp” görüntüsü ilə danışarkən, deyilənləri hiss edir, başını silkələyir. Amma sualları hələlik cavablandıra bilmir. O, hüquq müdafiəçisi olan dostu Taleh Xasməmmədovla da “Whatsapp” vasitəsi ilə əlaqə saxlayıb.
Oxşar xəbərlər
Oqtay Gülalıyev gözünü açdı
Türkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində müsbət dinamika qalır. BAKU.WS qafqazinfo-ya...