Operativ Qərargahdan xarici ölkələrin Azərbaycandakı diplomatlarına MÜRACİƏT

Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə ərazisindəki xüsusi rejim dövründə (martın 31-dən aprelin 20-dək) Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatlara müraciət edib.
Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumatda deyilir:
"Əhalidən xahiş olunur ki, evdən çıxmaq zərurəti yarandıqda mütləq qaydada şəxsiyyət vəsiqəsini və ya şəxsiyyəti təsdiq edən sənədi, fəaliyyətinə icazə verilmiş sahələrdə işləyən şəxslər xidməti vəsiqələrini və ya iş yerindən bu faktı təsdiqləyən rəsmi arayışı, Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını özləri ilə götürsünlər".
Oxşar xəbərlər
Operativ Qərargahdan əhaliyə koronavirusla bağlı - CİDDİ XƏBƏRDARLIQ
Hazırda əksər dövlətlər və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən görülən tədbirlərə və birgə səylərə baxmayaraq koronavirus (COVID-19) infeksiyasının dünyada y...
