"Onlara görə maşın saxlaya bilmirik" - Taksi parkı ilə avtoservis əməkdaşları arasında ərazi mübahisəsi
Paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə küçəsində fəaliyyət göstərən "Bolt Avtopark 116" şirkəti ilə həmin ərazidə yerləşən avtoservis arasında anlaşılmazlıq yaranıb.
Belə ki, avtoservisin əməkdaşları iddia edirlər ki, sözügedən şirkət iş yerlərinin qarşısını zəbt edib.
Bu səbəbdən servis əməkdaşları avtomobillərini ödənişsiz parklama ərazisində saxlaya bilmirlər.
"Onlara görə burada avtomobil saxlaya bilmirik. Maşını parklama ərazisindən kənarda saxlayanda isə cərimə olunuruq", - deyə vətəndaşlardan biri narazılığını dilə gətirib.
Məsələ ilə bağlı "Bolt Avtopark 116"dan Baku TV-yə bildirilib ki, avtomobillərin çoxluğu hər gün müşahidə olunmur: "Bu hallar baş verdikdə maşınlar texniki yoxlanışdan keçirilir".
Nəqliyyat üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, həm avtoservis, həm də taksi parkı fəaliyyətə başlamazdan əvvəl ərazini düzgün təhlil etməli idi: "Bu məsələlər əvvəlcədən düşünülməlidir. İş görən şəxs bütün incəlikləri öncədən nəzərə almalıdır. Belə olmaz. Orada ərazi zəbt olunub".
Oxşar xəbərlər
Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB
Bakıda Şəhər şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkətində ləngimələr yarana bilər. BAKU.WS xəbər verir...