Ombudsmanın da maaşı artırılır
Yeniliklərdən dərhal xəbərdar olun
İnsan Hüquqları üzrə Müvəkkilin maaşı artırılır.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanununa təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna görə, müvəkkil 2230 manat məbləğində aylıq əmək haqqı alır. Müvəkkil məzuniyyətə çıxdığı vaxt onun müalicə olunması və istirahət etməsi üçün iki aylıq əmək haqqı məbləğində ona pul təminatı verilir.
Dəyişikliyə əsasən, müvəkkil 3060 manat məbləğində vəzifə maaşı alacaq. Eyni zamanda Ombudsmanın aylıq vəzifə maaşının 1,65 misli həcmində vəzifə maaşına əlavə ödəniləcək.
Qanun qəbul ediləcəyi təqdirdə 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək.
Oxşar xəbərlər
Konstitusiya Məhkəməsi sədrinin maaşı artırıldı - MƏBLƏĞ
Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı artırılır. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsin...