Ölkəyə ət idxalı azalıb

Ölkəyə ət idxalı azalıb
Sosial 70

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana 33 320.97 ton ət idxal olunub ki, bunun üçün 75 milyon 768 min 740 dollar xərclənib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxalın həcmi azalıb. 2024-cü ilin yanvar-sentyabr aylarında ölkəyə 41 415.15 ton ət gətirilmiş və bunun üçün 90 milyon 514 min 260 dollar xərclənmişdi. Beləliklə, ətin idxalında təxminən 8 094 ton azalma olub.

Hesablamalar göstərir ki, bu il bir ton ət ölkəyə təxminən 2 274 dollara gətirilib. Ötən il isə bu rəqəm təxminən 2 180 dollar olub.

Son xəbərlər