Ölkəmizdə elektron siqaretlərə qadağa qoyula bilər?
Elektron siqaretlərin zərərindən dəfələrlə danışılıb və artıq bunun yalnız insanların özlərinə deyil, ətraf mühitə də ciddi ziyan vurduğu demək olar ki, hər kəsə məlumdur.
Dünya ölkələrinin səhiyyə qurumları, həkimlər insanları bu təhlükə ilə bağlı mütəmadi məlumatlandırır, onları bu zərərli vərdişdən uzaqlaşdırmaq üçün təbliğat işləri aparırlar.
Amma görünür, bu tədbirlər işə yaramadığından dövlətlər daha radikal addımlar atmağa qərar veriblər. Artıq 2025-ci ilin yanvarın 1-dən Belçika da elektron siqaretin satışına qadağa qoyan ölkələrin sırasına qoşulur.
Bəs Azərbaycanda vəziyyət necədir? Ölkəmizdə də belə bir qadağaya ehtiyac varmı?
Baku TV məsələ ilə bağlı paytaxt sakinlərinin rəyini öyrənib.
Məlum olub ki, gənclər hələ də bu siqaretlərin nə qədər zərərli olmasından məlumatsızdırlar. "Heç kim deyə bilməz ki, çəkmə, ya da çək. Məncə, elektron siqaret qadağan edilməməlidir", - deyə sakin bildirib.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Bakı metrosunda dəhşətli ANLAR - Sərnişin hər kəsin gözü qarşısında can verdi
Bu gün saat 20:20 radələrində "28 May" stansiyasında sərnişin qatar yoluna düşüb. Bakı metropolitenindən BAKU.WS-ə verilən məlumata görə, dərhal təmas relsindən...