Ölkədə istehsal olunan avtomobillərin sayı açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
2025-ci ilin yanvar-may aylarında Azərbaycanda 2052 ədəd minik avtomobili, 44 ədəd yük avtomobili istehsal edilib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 47.7% artıb, yük avtomobili istehsalı isə 82.7% azalıb.
Qeyd edək ki, cari ilin iyun ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 62 ədəd minik, 15 ədəd isə yük avtomobili təşkil edib.
Hesabat dövründə ölkədə 234 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19.3% azdır.
Xatırladaq ki, ötən il ölkədə 5998 ədəd minik avtomobili, 697 ədəd isə yük avtomobili istehsal edilib.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...