Ölkədə II doza vaksin vurduranların sayı 4 milyon 400 mini ötdü
31
okt
2021
18:02
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43 113 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 089, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 024 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 660 868, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 258 418, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 402 450 təşkil edir.
Oxşar xəbərlər
Azərbaycanda hansı nazirlər və rəhbər şəxslər vaksin vurdurub? - SORĞU
Ölkədə koronavirus pandemiyası ilə mübarizəyə xüsusi diqqət ayrılır. Bildiyiniz kimi, bu məqsədlə Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı il...