Ölkədə 1 gündə 3500-dən çox şəxs peyvənd olundu

Azərbaycanda son sutkada 3 530 nəfər vaksinasiya olunub.
BAKU.WS Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata istinadən xəbər verir ki, gün ərzində birinci doza vaksinlərin sayı 367, ikinci doza vaksinlərin sayı 487 təşkil edib.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 2 412-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 691 178, birinci doza peyvəndlərin ümumi sayı 5 344 206, ikinci doza vaksinlərin sayı 4 844 534 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 259 032, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 243 406 olub.
Oxşar xəbərlər
Azərbaycanda peyvənd olunanların sayı bəlli oldu
Azərbaycanda son sutkada 2 896 nəfər vaksinasiya olunub. BAKU.WS Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata istinadən xəbər verir ki, gün ər...
