Ölkə üzrə bütün yollar nəzarətdə saxlanılır
Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolu, həmçinin ölkə üzrə bütün yollar nəzarətdə saxlanılır.
Bu barədə BAKU.WS-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Bildirilib ki, qarlı və şaxtalı hava şəraiti ilə bağlı hər-hansı problem yoxdur.
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bütün maşın-mexaizm və texnikası, həmçinin canlı qüvvəsi gücləndirilmiş iş rejimində çalışır. Problem yaranan ərazilərə operativ müdaxilə olunur və hərəkətin təhlükəsizliyi-fasiləsizliyi təmin olunur", - məlumatda qeyd edilib.
Qış fəslinə uyğun avtomobili təchiz etməyən sürücülərin dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarından istifadə etməməyi tövsiyyə olunur.
Oxşar xəbərlər
Bakının üç küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bakı şəhərinin üç ünvanında təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək. Bu barədə BAKU.WS-ə Azərbaycan A...