ŞOK: Son dörd ayda Azərbaycanda 125 nəfər İİV virusuna yoluxub
2016-cı ilin birinci rübündə Azərbaycanda 125 nəfər İİV virusuna yoluxub.
BAKU.WS-in məlumatına görə, bu barədə Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin hesabatında bildirilir. Hesabata əsasən virusa yoluxanların 121-i Azərbaycan vətəndaşı, 4-ü isə əcnəbirdir. Eyni zamanda 125 nəfər İİV-li şəxslərin 31-i İNİ-lər olub. Onların da 24 nəfəri Respublika QİÇS-lə Mübarizə Mərkəzində dispanser qeydiyyatına götürülüblər, qalanları isə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində aşkarlanıb və orada müşahidə olunurlar.
Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edildiyi 1988-ci ildən 2016-cı ilin I rübünədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 5754 nəfər qeydiyyata götürülüb. İİV-ə yoluxması təsdiq olunmuş 5754 nəfərdən 2838 İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Onlardan 2027 nəfər dispanser qeydiyyatındadır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda iki nəfər silahlı şəxsi zərərsizləşdirilib
Azərbaycanda polis iki nəfər silahlı şəxsi zərərsizləşdirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cina...