Oğuza yağan qar fermerləri sevindirdi: "Ziyanvericilər tələf oldu, məhsuldarlıq artacaq"
Oğuz rayonuna yağan qar fermerlərin sevincinə səbəb olub.
Belə ki, fevralın 20-nə qədər siçanabənzər gəmiricilər taxıl sahələrinə ziyan vururdu. Bunun səbəbi havanın quraq keçməsi ilə əlaqədar idi. Qarın yağması və temperaturun aşağı düşməsi isə gəmiricilərin məhvinə səbəb olub.
Fermerlər artıq fürsətdən istifadə edərək əkin sahələrini gübrələməyə başlayıblar.
"180 hektara yaxın sahədə taxıl əkmişəm. Ziyanvericilərə qarşı iki dəfə dərmanlama işləri aparsaq da, bir xeyri olmamışdı. Qarın yağması bizim üçün sürpriz oldu. Zərərvericilər tamamilə tələf oldu, məhsuldarlıq artacaq", - deyə fermer Elşad İsmayılov söyləyib.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Regionlarda intensiv yağış yağıb, Bakıda və Abşeronda külək əsir - FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin iyunun 21-i saat 10:00-a olan məlumatına əsasən bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb. Ayrı-ay...