"Odun bahadır, camaatın almağa pulu çatmır"
Quba rayonunun Vladimirovka kəndinin sakinləri illərdir bir sıra ciddi çətinliklərlə üz-üzə qaldıqlarını bildirirlər. Kənddəki əsas problemlər qaz və elektrik enerjisi təminatı ilə bağlıdır.
Sakinlərin sözlərinə görə, kəndin bir hissəsində qaz təminatı mövcuddur, lakin digər hissəsi hələ də qazsız yaşayır. Təxminən bir il əvvəl ərazidə başlanan qazlaşdırma işləri yarımçıq qalıb, bu da soyuq qış aylarında yerli əhali üçün böyük çətinliklər yaradır.
"Odun bahadır, camaatın almağa pulu çatmır. 400-500 manata, limitlə alırıq. Bura şimal bölgəsidir. Burada qış sərt keçir", - deyə sakinlərdən biri vəziyyəti izah edib.
Sakinlər "xətlərin pis vəziyyətdə olması, dəyişilməməsi, dirəklərin pis vəziyyətdə olması" səbəbindən tez-tez fasilələrlə qarşılaşdıqlarını qeyd edirlər.
Gərginliyin qeyri-sabit olması səbəbindən məişət texnikası tez-tez sıradan çıxır. Sakinlər bu barədə belə danışıblar: "Televizor, soyuducu tez-tez sıradan çıxır. Soyuducunun yanında işlətməyə transformator alırıq, tez-tez yanır".
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Şabranda sürüşmə fəallaşıb, evlər təhlükə altındadır
Şabran şəhərində, Şabrançayın kənarında torpaq sürüşməsi təhlükəsi sakinləri çətin vəziyyətə salıb. Çay kənarında sürüşmə fəallaşıb, evlər təhlükə altındadır. B...