Ödənişli parkinq zamanı avtomobilə dəyən ziyan niyə qarşılanmır?

Ödənişli parkinq zamanı avtomobilə dəyən ziyan niyə qarşılanmır?
Video
Sosial 218

Vətəndaş parklanma üçün ödəniş edir, lakin parkinqdə avtomobilinə dəyən zərərə görə heç bir təminat almır.

BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, məsələ Milli Məclisdə gündəmə gətirilib.

Bildirilib ki, qanunvericilikdə müvafiq dəqiqləşmələr aparılmalı və parklanma xidmətində sığorta məsuliyyəti aydın şəkildə müəyyən olunmalıdır. Bəs hazırda ödənişli parklanma xidmətinin sığorta mexanizmi necə işləyir?

Sığorta eksperti Vüsal Bədəlov bildirib ki, hazırda parkinq ərazisində olan avtomobilə dəymiş zərər kasko sığorta müqaviləsi əsasında təmin edilir. Lakin dəymiş zərərə görə məsuliyyəti parkinq operatoru daşımır.

Ekspert bildirib ki, parkinq operatorları kiçik məbləğ qarşılığında faəliyyət göstərdiklərindən zərər görən onlarla nəqliyyat vasitəsinin xərcini qarşılamaları real görünmür. Lakin bunu sığorta müqaviləsi əsasında edə bilərlər.

O da bildirilib ki, hazırda yerli sığorta bazarında avtomobillərin sırf parklanma halındaykən qarşıya çıxa biləcək risklərə və yaranacaq zərərlərə münasibətdə mülki məsuliyyət sığortası ilə bağlı ayrıca məhsul yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

ADY yağışlı və küləkli hava ilə bağlı çağırış edib

ADY yağışlı və küləkli hava ilə bağlı çağırış edib

Azərbaycan Dəmir Yolları (ADY) ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq...

14 Sosial 10:52 03 oktyabr 2026

Son xəbərlər