Nyu-Yorkda karantin rejimi ləğv olunur
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyanın ən böyük meqalopolislərindən biri olan ABŞ-ın Nyu-York şəhərində iyulun 1-dən etibarən karantin rejimi ləğv olunacaq.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Nyu-York şəhərinin meri Bill de Blazio keçirdiyi mətbuat konfrasında bildirib.
O, şəhər sakinlərinin vaksinasiya prosesində könüllülük nümayiş etdirdiyini və kütləvi iştirakın uğurlu nəticə verdiyini deyib.
Nyu-Yorkun tezliklə normal həyata dönəcəyini açıqlayan Bill de Blazio 8,3 milyon sakini olan şəhərdə 6,3 milyon insanın peyvənd olunduğunu vurğulayıb: “İyulun 1-dən etibarən Nyu-Yorkda mağazaları, ofisləri, teatrları və iş yerlərini tamamilə açmağa hazırıq”.
Mer karantin rejiminin ləğvindən öncə hansı qaydaların tətbiq olunacağı ilə bağlı xüsusi tədbirlər planının hazırlanacağını söyləyib.
Qeyd edək ki, Nyu-York uzun müddət pandemiyanın episenteri olub və koronavirus burada 32 min insanın həyatına son qoyub.
Oxşar xəbərlər
Bill Qeyts, Soros və Rokfeller koronavirus istehsalında günahlandırılır
COVID-19-un laboratoriya şəraitində istehsal edildiyi iddiaları yenidən gündəmə gətirilib. Peru məhkəməsi “Microsoft” şirkətinin qurucusu Bill Qeytsi, amerikalı...