Nurbala, Balacaxanım, Dursunəli və başqaları
Azərbaycanda son beş ildə doğulan körpələrə verilən adlar arasında xeyli sayda xanım, ağa, bəy, bala kimi sözlərin birləşməsi ilə yaranan adlar yer alıb.
Ədliyyə Nazirliyindən verilən məlumata görə, son beş ildə 117 körpəyə Zəhraxanım, 66 körpəyə Böyükağa, 52-nə Ağaxan adı verilib.
Bundan əlavə, körpələrə Ağakərim (43), Böyükxanım (28), Bəybala (26), Bibixanım (21), Böyükkişi (10), Balaqardaş (10), Kiçikxanım (6), Baladadaş (5), Nurbala (3), Balacaxanım (4), Çimnazxanım (4), Dursunəli (2), Ağaxanım (3), Fatmaxanım (3), Ağaxancan (1), Ağaxanbəy (1), Kərimxan (1), Nərgizxanım (1) və s. adlar verilib. ("Report")
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda körpələrə qoyulan şəhər adları: Marsel, Samuxan... (SİYAHI)
Azərbaycanda öz övladlarına müxtəlif şəhər və rayonların adlarını verənlərin sayı çoxdur. Ədliyyə Nazirliyindən "Report"a verilən məlumata görə, son beş ildə 1...