Azərbaycanda uşaqlara ən çox qoyulan adlar (SİYAHI)

Azərbaycanda uşaqlara ən çox qoyulan adlar (SİYAHI)
Şou-biznes 4405

Son beş ildə Azərbaycanda doğulan oğlan uşaqlarından 17468-nə Yusif, 11815-nə Əli, 7655-nə Ömər, 7520-nə isə Məhəmməd adı verilib.

Ədliyyə Nazirliyindən "Report"a verilən məlumata görə, son beş ildə doğulan qız uşaqlarından 16715-nə Zəhra adı qoyulub. 

Qız uşaqlarından 12736-nə Nuray, 12045-nə Fatimə, 7885-nə Zeynəb, 7978-nə Ayan, 6211-nə Xədicə, 4203-nə isə Dəniz adı verilib.

Bundan başqa qız uşaqlarına verilən adlar arasında Yağmur (3667), İnci (2837), Əsma (2319), Banu (1902), kimi adlar üstünlük təşkil edib.

Oğlan uşaqlarına qoyulan adlar arasında isə Uğur (4269), Tunar (3667), Ümid (3143), Raul (1667), Murad (7296), Ayxan (5312), Kənan (4714) kimi adlar daha çoxdur.  

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər