Nəqliyyat Nazirliyi yol polisinin səlahiyyətini ələ keçirdi – Yeni cərimələr olacaq

Nəqliyyat Nazirliyi yol polisinin səlahiyyətini ələ keçirdi – Yeni cərimələr olacaq
Sosial 3256

Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə qeyri-müntəzəm sərnişin daşımalarını həyata keçirən avtobusların sürücülərinin məsuliyyətini artıran dəyişiklik edilib.

Avtosfer.az xəbər verir ki, Məcəllənin 322-ci maddəsinə əlavə edilən yeni 322.0.9-cu maddəyə əsasən, qeyri-müntəzəm sərnişin daşımalarının müntəzəm avtobus marşrutları üçün müəyyən edilmiş hərəkət cədvəlləri ilə yerinə yetirilməsinə görə 40 manatdan 50 manatadək cərimə müəyyən edilir. Bu o deməkdir ki, müvafiq şəhərdaxili və ya şəhərlərarası marşrut üzrə müqaviləsi olmayan istənilən avtobus sürücüsü hər hansı marşrutun sxemi üzrə hərəkət edərək sərnişin daşıyarsa, buna görə qeyd olunan məbləğdə cəriməyə məruz qalacaq. Bu sanksiya qanunsuz sərnişin daşımalarına qarşı mübarizəyə yönəlib.

Məcəlləyə daxil edilən növbəti dəyişiklik isə zahirən birincinin davamı kimi görünsə də, əslində ona heç bir ehtiyac yoxdur. Belə ki, 322-ci maddəyə əlavə olunan yeni 322.0.10-cu maddə qeyri-müntəzəm sərnişin daşımaları yerinə yetirilərkən, müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sərnişinlərin mindirilməsinə və düşürülməsinə görə 40 manatdan 50 manatadək cərimə müəyyən edir. Maraqlıdır ki, bu maddədə yenilik kimi qələmə verilən həmin xətaya görə məsuliyyət hazırda Məcəllədə mövcuddur. Belə ki, İXM-in hazırda qüvvədə olan 346.2-ci maddəsi ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə nəzərdə tutur.

Bu xəta müvafiq marşrut sxemi üzrə hərəkət edən konkret avtobuslar istisna olmaqla, istənilən digər nəqliyyat vasitəsinin, o cümlədən qeyri-müntəzəm sərnişin daşınmasını həyata keçirən avtobusların da belə dayanacaq məntəqəsində dayanmasına görə məsuliyyəti müəyyən edir. Başqa sözlə, məsələn Bakının və ya Gəncənin hər hansı küçəsindəki dayanacaq məntəqəsi yalnız oradan keçən və orada dayanmalı olan konkret avtobusların (məsələn, 5, 12 və s. nömrəli marşrut avtobusunun) dayanaraq sərnişinləri düşürməsi və mindirməsi üçün nəzərdə tutulub. Digər hər hansı avtobus həmin dayanacaqda dayanarsa, onun sürücüsü də buna görə İXM-in 346.2-ci maddəsi üzrə 40 manat cərimə olunacaq. Belə olan halda, sual yaranır ki, bir-biri ilə rəqabət aparan və eyni əmələ görə məsuliyyət müəyyən edən iki normaya nə ehtiyac var? Doğrusu, biz də bunun hansı zərurətdən yarandığını bilmirik. Bu barədə bircə ehtimal irəli sürə bilərik. İXM-in 346.2-ci maddəsi üzrə məsuliyyətə cəlb etmə DYP-nin səlahiyyətinə aiddir. 322-ci maddədəki xətalardan əksəriyyətinə görə məsuliyyətə cəlb etmə isə Nəqliyyat Nazirliyinin səalhiyyətindədir. Görünür, bu üsulla Nəqliyyat Nazirliyinin səalhiyyətində olan inzibati xətaların sayını artırmağa çalışanlar var. Hər halda qanunvericliyə belə yanaşmanın əsl səbəbini onun layihəsini hazırlayanlar daha yaxşı bilir. Bunu izah etsəydilər, biz də dəqiqini bilərdik.

BAKU.WS

Oxşar xəbərlər

İki marşrut xəttinin hərəkət istiqaməti dəyişdi

İki marşrut xəttinin hərəkət istiqaməti dəyişdi

Paytaxtın marşrut şəbəkəsinin optimallaşdırılması işləri çərçivəsində Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 2 və 7 nömrəli müntəzəm şəhərdaxili...

2558 Sosial 11:17 28 noyabr 2016

Son xəbərlər