Novxanı sahilində aşkarlanan suitilər güllələnib?
07
mar
2025
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər dənizinin Novxanı sahilində ölü suitilər aşkarlanıb. Bununla bağlı yayılan videoda cəsədin üzərində güllə yarası olduğu və başlarının kəsildiyi bildirilir.
Bəs həqiqətən də kimsə suitiləri güllələyibmi?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Mehman Axundov "Xəzər Xəbər"ə bildirib ki, cəsəd üzərindəki güllə yarası deyil.
Videoda cəsədin ətrafa pis qoxu yaydığı da bildirilir.
Mehman Axundov deyib ki, suitilərin yaz miqrasiyası prosesi ilə əlaqədar Abşeron yarmadasının şimal hissəsində hər il belə hallar müşahidə olunur.
Oxşar xəbərlər
Bakıda mühüm tunelin tikintisində işlər dayanıb: Ərazidə nə işçi var, nə də texnika
Paytaxtın Ağ Şəhər ərazisində nəqliyyat axınını yaxşılaşdırmaq məqsədilə həyata keçirilən layihə üzrə işlər dayandırılıb. BAKU.WS "Xəzər" TV-yə istinadən xəbər...