Nizami Xudiyevin prokuror oğlu işdən çıxarıldı
12
sen
2020
11:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Baş prokurorluqda növbəti kadr dəyişikliyi baş verib.
BAKU.WS unikal.org-a istinadən xəbər verir ki, Xətai rayon prokurorunun müavini Nazim Nizami oğlu Xudiyev baş prokurorun əmri ilə tutduğu vəzifədən çıxarılıb və sərəncama götürülüb.
Onun yerinə isə 2014-cü ildə prokurorluq orqanlarına işə qəbul olunmuş Şükran Nürəddin oğlu Məmmədov təyin edilib.
Xatırladaq ki, Nazim Xudiyev AzTV-nin keçmiş sədri Nizami Xudiyevin oğlu, Penitensiar Xidmətin keçmiş rəis müavini Hüseyn Əlixanovun isə kürəkənidir.
Oxşar xəbərlər
Nazir və müavinlərinin dekabrda şəhər və rayonlarda vətəndaşların qəbul CƏDVƏLİ
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərləri və onların müavinləri 2019-cu ilin dekabr ayında vətəndaşların qəbulunu keçirəcəklər. BAKU.WS...