"NETTY 2025" nominantları müəyyən edir, səsvermə başlayıb

NETTY 2025 nominantları müəyyən edir, səsvermə başlayıb
Sosial 21

"NETTY" Milli internet mükafatının iştirakçılarının sırasından nominantların seçim prosesi başladı. 200-dan çox layihə təqdim olunub.

Noyabrın 24-dən dekabrın 5-dək müsabiqənin Ekspert Şurası (Şura hər əsas nominasiya və altnominasiya üzrə üç nominant seçir) və Virtual Münsiflər Heyəti (münsiflər heyəti yalnız "Virtual Münsiflər Heyətinin Seçimi" nominasiyasında iştirakçıların ümumi sayından cəmi üç nominantı seçir) öz seçimlərini edəcək.

Müsabiqədə qələbəyə iddia edənlərin "NETTY 2025"in nominantlarının yekun siyahısı 6 dekabr tarixində elan ediləcək.

Ekspert Şurasının və Virtual Münsiflər Heyətinin seçiminə əsaslanaraq, "NETTY Akademiya"sı final səsverməyə başlayacaq. Akademiya mövcud nominasiyaların hər birində mükafatın qalibini müəyyən edəcək.

"NETTY 2025" qalibləri rəsmi olaraq 18 dekabrda mükafatlandırmanın təntənəli mərasimində elan edilir. Mərasimə mükafatın bütün nominantları dəvət edilir.

Bu ilki mükafatı dəstəkləyənlər:

Baş tərəfdaş: NAR

Rəsmi tərəfdaş: "AzInTelecom" MMC

Tərəfdaşlar: AIM, "SmartHost", "Savalan", "AliNino", "Matrix Akademiyası", Online.az, "Renley"

Məlumat tərəfdaşları: Report.az, Infocity.tech, Technote.az, Oxu.az, "Каспий", Baku.TV, Baku.ws, Media.az, Radio Enerji, "Kazzımli Photography", "Sapunov Online", "ALR Medi"

Son xəbərlər