Nərminə Həsənova: "Miniboss Business School Baku" iki dəfə məktəb sahibkarlığında dünya lideri kimi tanınıb"

Nərminə Həsənova: Miniboss Business School Baku iki dəfə məktəb sahibkarlığında dünya lideri kimi tanınıb
Sosial 68

"Miniboss Business School Baku" məktəb sahibkarlığı təhsili sahəsində iki dəfə dünya lideri olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu bu gün "Miniboss Business School Baku" tələbələri arasında keçirilən V Milli Startap Çempionatı zamanı məktəbin təsisçisi Nərminə Həsənova deyib.

Onun sözlərinə görə, məktəb bu il fəaliyyətinin beş illik yubileyini qeyd edir və bu nisbətən qısa müddət ərzində beynəlxalq arenada ciddi uğurlar qazana bilib.

"Məhz Azərbaycan iki dəfə dünya çempionu oldu, bir dəfə ikinci, iki dəfə də üçüncü yeri tutub. Bundan başqa, biz BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində 14 mükafat almışıq. Bakı filialımız da iki dəfə şəbəkənin beynəlxalq nümayəndələri arasında ən yaxşısı kimi tanınıb. Bütün bu nailiyyətlər müəllimlərimizin peşəkarlığı və bütün komandanın koordinasiyalı əməyi sayəsində mümkün olub. Fəxr edirik ki, biz bu yolu birlikdə - vahid komanda kimi qət etmişik və mən əminliklə deyə bilərəm ki, tələbələrimiz qeyri-ənənəvi düşüncəyə və geniş dünyagörüşünə malikdirlər. Bu gün bir daha onların yeni uğurlarının şahidi olacağıq, gəlin onların böyük zirvələrə doğru kiçik addımlarını birlikdə seyr edək", - N.Həsənova qeyd edib.

O, həmçinin xatırladıb ki, aprel ayında "Startap Biznes Forumu" çərçivəsində məktəbin şagirdləri sponsorlar və investorların dəstəyi ilə həyata keçirilən 22startapı təqdim ediblər.

"Bu gün onlar yenidən öz layihələrini təqdim edəcəklər. Əminik ki, onları hələ çox parlaq nailiyyətlər gözləyir", - məktəbin təsisçisi əlavə edib.

   

Son xəbərlər