Neftçalada aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıblar
Yeniliklərdən dərhal xəbərdar olun
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsəd ilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkar olunublar.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, şəhər sakini Vüqar Cəfərova koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. V.Cəfərova rayonda yerləşən bazar ərazisində aşkarlanıb, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.
Aktiv COVID-19 xəstəsi olan rayonun Qədimkənd kənd sakini Novruz Hüseynov da analoji qayda pozuntusunu törədib. Yaşadığı ünvanı tərk edən həmin şəxs çalışdığı yanacaq doldurma məntəqəsində aşkarlanıb və yaşadığı evə geri qaytarılıb.
Hər iki şəxs barəsində Neftçala Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Oxşar xəbərlər
Bakıda evi tərk edən səkkiz aktiv koronavirus xəstəsi aşkar edildi - FOTO/VİDEO
Xətai, Sabunçu, Nəsimi və Nərimanov rayonlarında səkkiz nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb, həmin şəxslərdən biri barəs...