Neft daşlarında dalğanın hündürlüyü 2,4 metrə çatıb
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Hidrometeorologiya Xidmətinin iyulun 16-sı saat 16:00-a olan məlumatına əsasən proses Şəki, Qax, Oğuz, Quba, Xaltan, Qrız, Şahdağ, Biləsuvar, Daşkəsən, Yardımlı, Lerik, Lənkəranda müşahidə olunub, şimşək çaxıb, arabir yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağıb.
Şimal-qərb küləyi Neftçalada arabir 20 m/s, Bakıda və Abşeron yarımadasında arabir 18 m/s-dək güclənib. Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.4 metrə çatıb.
Prosesin axşama doğru əksər rayonlarda davam edəcəyi gözlənilir, yağıntıların intensivləşəcəyi ehtimalı var.
Oxşar xəbərlər
Azərbaycanda bölgələrə leysan yağdı, dolu düşdü - Faktiki hava - YENİLƏNİB
Naxçıvan, Ordubad, Daşkəsən, Neftçala, Göygöl, Gədəbəy, Lerik, Yardımlı, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Hidrometeoroloji...