Nazirliyin mətbuat katibi işdən çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova işdən ayrılmaq qərarına gəlib.
BAKU.WS xəbər verir ki, bu barədə o, Facebook səhifəsində yazıb.
"Əziz dostlarım, həmkarlarım! Bu gündən artıq illərdir çalışdığım iş yerimdən ayrılmaq qərarı aldım və rica edirəm heç kəs səbəb axtarmasın, çünki bu dünyada insan həyatı belə əbədi deyil. Keçmişə hörmət, gələcəyə inamla davam etməliyik hər bir yolun sonunda. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və kollektivi bundan sonra da mənim üçün doğma olacaq!" - deyə Günel Gözəlova bildirib.
Oxşar xəbərlər
Jurnalistlər "İlin mətbuat xidməti"ni seçdi - SORĞU
Dövlət orqanlarının mətbuat xidmətlərinin yaxşı işləməsi jurnalistlər üçün çox önəmlidir. Mətbuat xidmətlərinin fəaliyyətində operativlik olarsa, bu, təbii ki,...