Nazirlikdən HƏYƏCAN TƏBİLİ: Vəziyyət pisləşməyə doğru gedir”
Yeniliklərdən dərhal xəbərdar olun
“Son günlərin statistikası onu göstərir ki, dünyada koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir. Biz hər zaman deyirdik ki, yayın sonu-payızın əvvəli vəziyyət pis olacaq”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, indiyədək epidemioloji vəziyyət nəzarət altında olub.
Nazirlik rəsmisi vurğulayıb ki, dünyada koronavirusla bağlı vəziyyət pisləşməsinin Azərbaycana da təsiri olacaq: “Təəssüf ki, ölkədə vəziyyət ümumi tendensiya kimi pisləşməyə doğru gedir. Bu, gözlənilən haldır”.
Oxşar xəbərlər
Təyyar Eyvazov: "Omikron ştamının Azərbaycana gəlmə riski böyükdür"
COVID-19-un Omikron ştamının ölkəmizə gəlmə riski böyükdür. BAKU.WS xəbər verir ki, bunu Trend-ə açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksi...