Nazirlik: Qara görə Bakıda sığınacaq yaradılmayıb

Nazirlik: Qara görə Bakıda sığınacaq yaradılmayıb
Sosial 1387

"Soyuq və qarlı hava şəraiti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakıda müvəqqəti sığınacaqlar təşkil etməyib".

Nazirliyin "Çağrı mərkəzi”dən İstiPress-ə verilən məlumata görə, sosial şəbəkələrdə Bakının 5 rayonunda müvəqqəti sığınaqların yaradılması ilə bağlı məlumatlar paylaşılır. 

Sığınacaqların Nərimanov rayonu, Yaşıl bazarın yaxınlığında, Nəsimi, Nizami, Xətai  və Yasamal rayonlarında yaradıldığı qeyd edilib. 

Lakin nazirlik bildirib ki, bu informasiya yanlışdır və 2014-cü ildə yayılan elandır: "Nazirlik tərəfindən sığınacaqlar yaradılmayıb. Hələlik yaradılıb-yaradılmayacağı ilə bağlı məlumat yoxdur".

BAKU.WS

Son xəbərlər