Nazirlik məktəblərin mühafizəsinə 9,2 milyon manat xərcləyəcək

Nazirlik məktəblərin mühafizəsinə 9,2 milyon manat xərcləyəcək
Sosial 62

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 2026-cı il ərzində bir sıra təhsil müəssisələrində mühafizə xidmətini təşkil edəcək.

BAKU.WS-in məlumatına görə, bu xidmətin təşkili üçün ehtimal olunan xərc 9 milyon 275 min manatdan artıq təşkil edəcək.

Layihə Bakı və bir sıra rayonlarda yerləşən təhsil müəssisəsini əhatə edəcək. Təhsil ocaqlarında stasionar mühafizə xidməti fəaliyyət göstərəcək. Mühafizə postları fasiləsiz rejimdə, bəzi obyektlərdə isə günün müəyyən saatlarında xidmət aparacaq. Bu obyektlərin əksəriyyətində mühafizə xidməti sutkalıq əsasda, bir və ya bir neçə post üzrə təşkil ediləcək.

Qeyd edək ki, bu layihə təhsil müəssisələrinin təhlükəsizliyinin təmin edilməsi, şagird və tələbələrin qorunması, eləcə də tədris mühitində nizam-intizamın gücləndirilməsi məqsədi daşıyır.

Son xəbərlər