Nazirlik əhaliyə yenidən MÜRACİƏT ETDİ - Evdən çıxmayın

Fövqəladə Hallar Nazirliyi (FHN) ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib.
Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.
Bildirilib ki, ötən gündən başlayaraq ölkə ərazisində güclü yağış və küləklə müşayiət olunan qeyri-sabit hava şəraiti hökm sürür:
"Təbii hadisənin yaratdığı fəsadların aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə operativ tədbirlər görür, əhalinin həyat və təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq addımlar atır.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək hazırda müşahidə olunan və aprelin 17-nə qədər davam etməsi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına və aidiyyəti qurumların xəbərdarlıqlarına ciddi əməl etməyə, o cümlədən zərurət olmadığı halda yaşayış yerini tərk etməməyə çağırır".

Oxşar xəbərlər
Düşüncə gücü və manifestlə arzu tutanda reallaşır?
Ev almaq istəyirsiniz, amma pulunuz yoxdur. Əvvəlcə necə ev almaq istədiyinizi düşünün. Gedin, gəzin, baxın, hətta əmlakçılarla bazarlıq edin və o evin sizin ol...