Nazirlik daha bir qazinin ailəsini mənzillə təmin etdi - FOTO

Nazirlik daha bir qazinin ailəsini mənzillə təmin etdi - FOTO
Foto
Sosial 599

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsinin iştirakçısı, döyüşlərdə yaralanmış Məmməd Əkbərovun ailəsinin də mənzillə təmin edilməsini qərara alıb.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov ailə ilə görüşüb, onların sosial vəziyyətini öyrənib.

Məmməd Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılaraq Cəbrayıl və Qubadlının azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına savaşıb. Hətta xəsarət almasına baxmayaraq, döyüşlərə davam edib. Oktyabrın 21-də Qubadlı uğrunda savaşda növbəti dəfə yaralanıb.

Hazırda müalicəsini evdə davam edən Məmməd əlilliyə görə təqaüd alan atası, orta məktəbdə çalışan anası, qardaşı və məktəbli bacısı ilə birgə yaşayır.

Ailənin məişət durumu, ailə tərkibi nəzərə alınaraq nazirlik tərəfindən onların mənzil şəraitinin yaxşılaşdırılması qərara alınıb.

Artıq bu məqsədlə sosial tərəfdaşın dəstəyi ilə ailə üçün ikiotaqlı mənzil alınıb.

Evin sənədləşmə prosesi yeni ilin ilk iş günündən aparılacaq və qısa müddətdə ailə yeni evinə köçəcək.

Qeyd edək ki, bundan əvvəl nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli də ailə ilə görüşmüşdü.

Qazi və qardaşının məşğulluğuna dəstək üçün istəkləri əsasında onlar ödənişli ictimai işlərə də cəlb olunublar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İlham Əliyevdən YENİ VACİB QƏRAR

İlham Əliyevdən YENİ VACİB QƏRAR

Prezident İlham Əliyev "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barəd...

62209 Sosial 14:21 19 iyul 2018

Son xəbərlər