Nazirlər Kabinetində vəzifə dəyişikliyi
Baş nazir Əli Əsədov Əhməd Əhmədzadənin Nazirlər Kabinetinin Aparatındakı vəzifəsini dəyişib.
BAKU.WS qaynarinfo-ya istinadən xəbər verir ki, Əhməd Əhmədzadə baş nazirin müşaviri vəzifəsindən köməkçi vəzifəsinə keçirilib.
Bununla da, baş nazirin köməkçilərinin sayı üçə (Əhməd Əhmədzadə, Mehman Tağıyev, Fəxri İsmayılov) çatıb. Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmov isə baş nazirin müşaviridir.
Qeyd edək ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Əhməd Əhmədzadə 2021-ci ilin aprel ayında baş nazirin müşaviri təyin olunmuşdu.
Fotoda Əhməd Əhmədzadə
![]()
Oxşar xəbərlər
Deputatların pensiyalarının hesablanması ilə bağlı YENİ QAYDA
Azərbaycanda fəaliyyətdə olan deputatlar pensiyaya çıxdıqdan sonra pensiyalarının deputat olduqları dövrdəki orta aylıq əməkhaqlarının 80 faizinə çatdırılması q...