Nazirdən işsizlərə şad xəbər: 30 min yeni iş yeri açılır
Yeniliklərdən dərhal xəbərdar olun
"Cənub Qaz Dəhlizi (SGC) layihəsinin icrası çərçivəsində 30 min yeni iş yerinin yaradılması gözlənilir ki, bunun da 10 mini Azərbaycanda açılacaq".
BAKU.WS report-a istinadən bildirir ki, bunu Bakıda keçirilən "Caspian Oil&Gas-2016" konfransında çıxışında edən Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.
N.Əliyevin sözlərinə görə, Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi üzrə işlərin 10%-i artıq yekunlaşıb: "TANAP layihəsinin ümumi dəyəri 9,3 mlrd. dollar, TAP-ın isə 6 mlrd. dollardır. Mayın 7-də başlayan TAP layihəsi üzrə hazırlıq işlərinin 10%-i yekunlaşıb".
Nazir deyib ki, TAP kəməri ilə Avropaya ixrac ediləcək təbii qazdan Monteneqro, Xorvatiya, Bosniya və Herseqovina da yararlanacaq: "Artıq TAP konsorsiumu tərəfindən Monteneqro, Xorvatiya və Bosniya və Herseqovinaya interkonnektorun çəkilməsi təklif edilib. TAP qazı Bolqarıstanın qaza olan tələbatının 40%-ni təmin etməyə qadirdir. Həmçinin, TANAP Türkiyənin Rusiyadan qaz asılılığından azad edilməsinə kömək edəcək. Digər tərəfdən TANAP qazı Rusiya qazından daha ucuz başa gələcək".
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev: "Neftin kəskin ucuzlaşmasına baxmayaraq..."
"Dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşmasına baxmayaraq, Azərbaycanın iştirakçısı olduğu və icra etdiyi bütün iri layihələr, o cümlədən Cənub Qaz...