Nazir Xəqani Əzizova VƏZİFƏ VERDİ

Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin rəisi Bəxtiyar Kamil oğlu Qurbanov vəzifəsindən azad edilib.
BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Əmr imzalayıb.
Nazirin digər Əmri ilə həmin vəzifəyə Xəqani Həmzə oğlu Əzizov təyin edilib.
Qeyd edək ki, Bəxtiyar Qurbanov 2019-cu ildən sözügedən idarənin rəisi idi.
Xatırladaq ki, son iki ayda Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-leytenant Etibar İsmayılov və Xidmət rəisinin birinci müavini - Qərargah rəisi general-mayor Raul Zeynalov vəzifələrindən azad edilib. Hər iki generalın vəzifəsinin icrası polkovnik Xaliq Hüseynova tapşırılıb.
Oxşar xəbərlər
Hazır binadan, yoxsa bünövrədən mənzil almaq - Hansı daha sərfəlidir?
Bakıda və digər böyük şəhərlərdə tikintisi davam edən binalardan mənzil almaq bir çoxları üçün qiymət baxımından sərfəli hesab olunur. Çünki bünövrədən satılan...
