Nazir müşaviri: Tələbə təqaüdlərinin artırılması təhsil imkanlarına müsbət təsir edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda tələbələrin təxminən 50 faizdən çoxu təqaüd alır. Bu, təhsilin müxtəlif pillələrinə aiddir.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib.
O qeyd edib ki, təqaüdlərin məbləği sonuncu dəfə 2023-cü ildə artırılıb:
"Bu tədris ilindən təqaüdlər yenidən artırılır. Xüsusilə, daha yaxşı akademik göstəricisi olan tələbələrimiz daha yüksək təqaüd ala biləcək. Bu da tələbələrimizin daha yaxşı təhsil almalarına şərait yaradacaq, təhsil imkanlarına müsbət təsir edəcək".
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği artırılıb.
Oxşar xəbərlər
Bu il həbsxanalarda doğulan uşaqların sayı açıqlandı
Son 6 ildə həbsxanalarda 21 uşaq dünyaya gəlib. BAKU.WS Modern.az-a istinadən xəbər verir ki, 4 saylı cəzaçəkmə müəssisəsində 3 uşaq dünyaya gəlib. Bu göstərici...